AZ

Tramp “Donro doktrinasına” aydınlıq gətirib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp yerli telekanallardan birinə verdiyimüsahibədə “Donro doktrinası”ndan söz açaraq, onun bütövlükdə Qərbyarımkürəsində sabitlik və təhlükəsizliyin təmin olunmasına xidmətetdiyini bildirib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

“Biz istəmirik ölkəmizə narkotiklər gətirilsin. Biz ölkəmizə pisadamların gəlməsini istəmirik”, - deyə Ağ Ev rəhbəri bildirib.

O, həmdə klassik “Monro doktrinasını” niyə “Donro” adınadəyişdiyini də aydınlaşdırıb. Tramp bildirib ki, yeni doktrinanıməhz onun şərəfinə, adının baş hərfinə uyğun belə adlandırıblar.Belə ki, indiki administrasiya keçmiş xarici siyasətkonsepsiyasının məqsədlərinə tam olaraq çatıb.

Bundan əvvəl ABŞ-nin “Axios" portalı izah edib ki, “Donrodoktrinası” 1823-cü ilin dekabrında ABŞ-nin beşinci PrezidentiCeyms Monro tərəfindən təqdim edilən “Monro doktrinasının”aktualizə edilmiş versiyasıdır. Nəşrin müəlliflərinin fikrincə,Tramp bu doktrina vasitəsilə dünyada yeni bir nizam yaratmağaçalışır. Yenilənmiş sənəddə Qərb yarımkürəsi ABŞ-nin təsir dairəsikimi tanınır.

Məqalədə:
Seçilən
79
1
az.trend.az

2Mənbələr