AZ

Koxalskini Polşanın daha bir klubu istəyir

Qarabağ”ın qapıçısı Mateuş Koxalski daha bir klubun maraq dairəsindədir.

Msport.az xəbər verir ki,  25 yaşlı qolkiperi Polşa klubu da öz heyətində görmək istəyir.

Söhbət “Vidzev” dən gedir.  Lakin Koxalskinin Ekstrakalasada qalmaq uğrunda mübarizə aparan Lodz təmsilçisinə üstünlük verməsi real görünmür. Çünki Çempionlar Liqasındakı performansdan sonra Koxalskinin tezliklə həm Polşa millisinə çağırılması, həm də daha böyük klublardan birinə keçməsi gözlənilir.

Hətta sosial şəbəkələrdə polşalı azarkeşləır belə bu xəbərə “Çempionlat Liqasında oynayan futbolçunun “Vidzev”də nə işi var” deyə rəy bildiriblər.

Koxalskinin “Qarabağ”la müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.

Seçilən
52
msport.az

1Mənbələr