AZ

Türkmənistan və Hindistan ikitərəfli münasibətləri müzakirə etdi

BAKI, 9 yanvar. TELEQRAF

Türkmənistan xarici işlər naziri Rəşid Meredov Hindistanın Aşqabaddakı səfiri Bandar Vilsonbabu ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Tərəflər siyasi, diplomatik, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər.

Müzakirə 2026-cı ildə səfərlər və yüksək səviyyəli görüşlər, eləcə də iki ölkənin xarici işlər nazirlərinin qarşılıqlı səfərlərinin mümkünlüyünə yönəlib.

Türkmənistan və Hindistan xarici işlər nazirlərinin müavinləri arasında siyasi məsləhətləşmələrin ilkin gündəliyi müzakirə olunub.

Seçilən
58
teleqraf.com

1Mənbələr