Paytaxt sakini tanınmış parfümeriya şəbəkələrindən olan "Adore”dan aldığı ətrin keyfiyyətindən narazıdır.
Publika.az xəbər verir ki, bu şikayətlə APA TV-yə Gülər Mehdiyeva müraciət edib.
Onun sözlərinə görə, yüksək məbləğə aldığı ətrin nə qoxusu, nə də qalıcılığı təqdim olunan xüsusiyyətlərə uyğundur.
Şikayətçi məsələ ilə bağlı həm mağazaya, həm də rəsmi səhifələrə müraciət etdiyini, lakin buna laqeyd münasibət göstərildiyini iddia edib:
"Dekabrın 3-də "Adore”un "Gənclik Mall” filialından ətir aldım. Məhsulun öz qiyməti 402 manat, 30 faiz endirimlə 281 manat 40 qəpik idi. Evə gələndən sonra açıb istifadə etdim və gördüm ki, ətrin iyi tamamilə fərqlidir. Həm kəskin qoxu, həm də spirt iyi gəlirdi. Qalıcılığı da heç yox idi. Əvvəlcə səhifələrinə yazdım, cavab verilmədi. Daha sonra mağazaya yaxınlaşdım, onda da inkar etdilər ki, "bizdə saxta ətir olmur”. Laqeyd yanaşdılar və dedilər ki, "hara istəsəniz, müraciət edə bilərsiniz”.