ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Alleqri "Milan"la 200-ə çatdı
İtaliya A seriyasının 19-cu turunda Cenoa ilə matç "Milan"ın baş məşqçisi Massimiliano Alleqri üçün xüsusi olub.
QOL.az xəbər verir ki, mütəxəssis komanda ilə 200-cü oyununu keçirib.
Sözügedən görüş 1:1 hesabı ilə yekunlaşıb. "Milan" isə 200-cü oyunu münasibəti ilə Alleqrini təbrik edib.
Qeyd edək ki, Alleqri 2010-2014-cü illərdə də "Milan"ı çalışdırıb. O, karyerası ərzində "Yuventus", "Kalyari", "Sassuolo" və s. komandalara da rəhbərlik edib. O, 6 dəfə A seriyasını, 3 dəfə İtaliya Superkubokunu və 5 dəfə İtaliya Kubokunu qazanıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.