“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis transfer barədə danışıb. O, futbolçulara maraq olduğunu bildirib:
“Həm yerli, həm də əcnəbi futbolçularımıza maraq var. Menecerlər tez-tez əlaqə saxlayırlar. Konkret kimin gedəcəyi və ya qalacağı bəlli deyil. Bu, Marko Yankoviçə də aiddir. Bütün mövqelər üçün oyunçu axtarırıq”.