AZ

Enrike: “Marsel” bizdən daha yaxşı oynadı”

futbolpress-az saytından alınan məlumata görə, ain.az bildirir.

Fransanın PSJ klubunun baş məşqçisi Luis Enrike Superkubokda “Marsel”ə qalib gəlmələrini şərh edib.

Futbolpress.az “RMC Sport”a istinadən xəbər verir ki, mütəxəssis penaltilər seriyasında qazandıqları titulla bağlı bunları deyib:

“Çox gərgin oyun alındı. Matça yaxşı başlasaq da, daha sonra “Marsel” çox yaxşı oynadı. Bizə qarşı ciddi müqavimət göstərdilər. Oyunu daha yaxşı təhlil etməliyəm. Ümumi götürəndə düşünürəm ki, “Marsel” bizdən daha yaxşı oynadı. Hamının tənqid etdiyi De Dzerbini (red – “Marsel”in baş məşqçisi) təbrik etməliyəm. Çox yaxşı işlər görür”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
futbolpress.az

1Mənbələr