
Suriya hərbi qüvvələri Hələbdə atəşkəs elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi “Telegram” kanalında məlumat yayıb.
Sənəddə deyilir ki, Hələbin Şeyx Məqsud, Əşrəfiyyə və Bəni Zeyd ərazilərində atəşkəs tətbiq olunacaq və silahlı qruplar yerli vaxtla saat 03:00-dan (Bakı vaxtı ilə saat 05:00) etibarən ərazini tərk etməlidirlər.
“Suriya ordusu təşəbbüsün bir hissəsi olaraq müşayiət və təhlükəsiz keçid təmin etməyi öhdəsinə götürür”, - deyə nazirlik “Telegram” kanalında bildirib.
Nazirlik həmçinin, daxili təhlükəsizlik qüvvələrinin Suriya ordusu ilə birlikdə silahlı qrupların geri çəkilməsi üçün mexanizm təşkil etdiyini qeyd edib. Agentlik bu qərarın vəziyyətin gərginliyini azaltmaq, şəhər rəhbərliyinin fəaliyyətini bərpa etmək və münaqişə zonasındakı mülki şəxsləri qorumaq məqsədi daşıdığını qeyd edib.