AZ

Nigar Şabanovadan etiraf: Qadını vəhşiləşdirən, canavar edən... - VİDEO

Əməkdar artist Nigar Şabanova “Tarixin bir günü” verilişində həyatından danışarkən göz yaşlarına hakim ola bilməyib.

"Yeni Sabah" xəbər verir ki, xanəndə xarakterində aqressivliyini etiraf edib:

“Bu, yaşadığım əziyyətlərin nəticəsidir. 15 yaşından taleyinlə əlləş, uğursuz həyatın olsun... Bəlkə də onların aqressiyasıdır ki, üzümə bu qədər oturub. Əslində, tamamilə fərqli ürəyin qadınıyam. Bəzən nəyisə danışanda tamaşaçılar yazır ki, çox aqressivdir, çox acıdildir. Acıdil deyiləm. Bəzən hisslərimi cilovlaya bilmirəm. Amma heç kim soruşmur ki, kim səni bu həddə çatdırdı.

Bir qadını canavar edən, vəhşiləşdirən, dilini acı edən özü deyil, onu dünyaya gətirən ata-ana deyil, yaşadığı həyatdır və ona zərbə vuran insanlardır”.  Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
40
yenisabah.az

1Mənbələr