AZ

“Bakı–Xankəndi” Azərbaycan Velosiped Yarışının rəsmi maskotu təsdiqlənib

Bakı.Trend:

“Bakı–Xankəndi” Azərbaycan Velosiped Yarışının rəsmi maskotutəsdiqlənib.

Bu barədə Trend-ə Azərbaycan Velosiped İdmanı Federasiyasından(AzVİF) məlumat verilib.

Bildirilib ki, federasiya tərəfindən yarışın maskotu kimimilli-mənəvi dəyərlərimizi, güc və dözümlülüyü simvolizə edənQarabağ atı seçilib.

AzVİF “Bakı–Xankəndi” Azərbaycan Velosiped Yarışının maskotuüçün müsabiqə elan edib.

Müsabiqənin məqsədi Qarabağ atı obrazını müasir dizayn yanaşmasıilə təqdim edən, velosiped idmanının dinamizmini və Azərbaycanınmədəni irsini əks etdirən yaddaqalan maskotun yaradılmasıdır.

Qeyd edək ki, "Bakı–Xankəndi" Azərbaycan Velosiped Yarışı mayın10-14-ü aralığında təşkil olunacaq.

Məqalədə:
Seçilən
75
9
az.trend.az

10Mənbələr