Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Sankt-Peterburqda tikinti işləri ilə bağlı fikir ayrılıqları fonunda yerli sakinlərlə miqrant azərbaycanlılar arasında toqquşmalar baş verib.
Münaqişə zamanı aqressiv və ksenofob şüarlar, o cümlədən "Sankt-Peterburq Bakı deyil, şəhərdən rədd olun" kimi şüarlar səsləndirilib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.
Etirazçılar iddia edirlər ki, miqrantları işə götürən tikinti şirkətləri qanunla qorunan tarixi binaları dağıdır. Onların iddiasına görə, bir neçə binanın sökülməsindən sonra qarşıdurma açıq münaqişəyə çevrilib.
“Бумага” " qəzetinin binanın müdafiəçilərindən birinə istinadən verdiyi məlumata görə, hadisə zamanı təxminən 19 nəfər saxlanılıb. Jurnalistlər bildirirlər ki, aralarında dörd “milli bolşevik” adlandırlan şəxs də var. 12 nəfər polis bölməsinə aparılıb.
Xəzər
“Cebheinfo.az”
Açar sözlər:
Sankt-Peterburq azərbaycanlılar toqquşma
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.