![]() |
| Politico: “Aİ Vaşinqtonla sövdələşməyə gedə bilər” |
“ABŞ-nin Danimarkadakı səfiri Yesper Meller Serensen və Qrenlandiyanın Vaşinqtondakı nümayəndəsi Yakob İsbosetsen amerikalı konqresmenlərlə görüşərək mümkün qədər çox parlamentarini Qrenlandiyanın Ağ Ev tərəfindən satın alınmasında maraqlı olmadığına və Danimarkanın heç bir sövdələşməyə getməyəcəyinə inandırmağa cəhd göstəriblər”, - qəzet yazır.
Xatrıladaq ki, mənbələrə istinad edən “Politico” nəşri bundan əvvəl Avropa İttifaqının (Aİ) Qrenlandiyanın statusu ilə bağlı ABŞ-yə güzəştə getməyi nəzərdən keçirdiyini yazmışdı.
Nəşrin məlumatına görə, Brüssel Vaşinqtonun adaya təsirinin genişləndirilməsinin Ukrayna üçün təhlükəsizlik zəmanətləri üçün sövdələşmə predmetinə çevriləcəyi ssenarini nəzərdən keçirir.
Sahil İsgəndərov
AzVision.az
