AZ

"Azərbaycanlı futbolçulara maraq daha çoxdur” - Qurban Qurbanov

Bu gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı baş tutub.

Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis ilk öncə hazırlıq prosesindən danışıb.

“Futbolçular pis istirahət etməyiblər. Xəstələndiyi üçün komandaya qoşulmayanlar var idi. Toral Bayramov və Aleksey Kaşuk xəstələndikləri üçün fasilədən sonra komandaya gec qoşulublar. Komandaya yaxşı qayıdıblar, üzləri gülür. Həvəslə məşq ediblər".

Qurbanov futbolçularına təkliflərin gəldiyini bildirib: 

“Hər futbolçunu başa düşmək olar. Onlar üçün zənglər davam edir. Bəzi hallarda oyunçuların vasitəçiləri çoxalır. Bu da bizi narahat edir. Hər şey qaydasına düşür. Marko Yankoviçlə bağlı durum normaldır. Yerli və xarici futbolçularımıza maraq var. Bəlkə də, azərbaycanlı futbolçulara maraq daha çoxdur”.

"Qarabağ"ın çalışdırıcısı mümkün transferlərə çalışdıqlarını deyib:

“Danışıqlar gedir. Hansı səviyyədə olacağını görəcəyik. Bəzi mövqelərdə oyunçuların sayını artırmaq niyyətindəyik. Ötən il çox güc sərf etdik. Bu səviyyədə işimizi qoruyub saxlamaq və davam etmək istəyiriksə, heyətə oyunçular cəlb etməliyik. Futbolçu Bakıda olmasa, deyə bilmərik ki, keçid həll edilib. Bəzən son anda alınmayanlar olub. UEFA Çempionlar Liqasında mərhələ keçsək də, heyəti çox dəyişə bilmərik. Biz futbolçulardan narazı olduğumuz üçün yox, heyəti genişləndirmək məqsədi ilə oyunçu axtarırıq”.

“Qarabağ” 2026-cı ildə ilk rəsmi oyununu yanvarın 21-də, UEFA Çempionlar Liqasında Bakıda “Ayntraxt”a (Frankfurt) qarşı keçirəcək.

Seçilən
5
fanat.az

1Mənbələr