AZ

“Çelsi”nin məşqçilər korpusu açıqlandı

“Çelsi”nin yeni baş məşqçisi Liam Rosenyorun korpusuna daxil olan mütəxəssislərin adı açıqlanıb.

Msport.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

41 yaşlı Rosenyor yanvarın 6-dan fəaliyyətə başlayıb. O, şənbə günü İngiltərə kubokunda “Çarlton”la matçda yeni vəzifədə debüt edəcək.

Ona Kalifa Sisse və Castin Uoker kömək edəcəklər. Hər iki məşqçi daha əvvəl Rosenyorla “Strasburq”da işləyiblər. Ben Uorner isə analitik kimi fəaliyyət göstərəcək.

 

 

Seçilən
97
msport.az

1Mənbələr