AZ

“İranda rejimi devirmək istəyi çox yüksək səviyyədədir” - Donald Tramp

“İranda etirazlar zamanı ölənlər var, lakin itkilərin bir hissəsi birbaşa zorakılıqdan deyil, kütlə sıxlığı və izdihamdan qaynaqlanır”.

Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, küçələrə çıxan insanların sayı olduqca çoxdur və bu, bəzi hallarda faciəvi nəticələrə səbəb olur.

Tramp qeyd edib ki, izdiham zamanı insanların tapdalanması halları baş verib.

ABŞ Prezidenti vəziyyəti dəhşətli adlandıraraq bildirib ki, rejimi devirmək istəyi və etirazçıların ruh yüksəkliyi çox yüksək səviyyədədir.

Tramp bildirib ki, kütlə axınlarının davam etməsi daha çox itki riskini artırır.

“Görək nə baş verəcək. Bu qədər böyük kütlələr təəssüf ki, çoxlu itkilərə səbəb olur,” – deyə siyasətçi əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
18
missiya.az

1Mənbələr