AZ

İnsanların psixoloji vəziyyətləri ilk olaraq özlərinə təsir göstərir PSİXOLOQ DANIŞDI

Sia Az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"İlk növbədə qeyd etmək lazımdır ki, insanların psixoloji və emosional pozulmaları çox zaman ilk olaraq özlərinə təsir göstərir. Bu təsirin dərəcəsi müxtəlif meyarlardan asılı olur. Əgər insanın daxilində şəxsi bir problem varsa, o, öz-özünə suallar verir: “Açım, ya açmayım?”, “Danışım, ya danışmayım?”, “Nə qədər danışım?” Bəzən insan danışmamağı seçir və sanki “sirrimin əsiriyəm” düşüncəsi ilə yaşayır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, insanın içində yığılan qəzəb, qəhər və ağır duyğular onu incitdikcə insan gözlənilməz davranış addımları ata bilir: "Elə bu səbəbdən bəzən ətrafdakı insanlar təəccüblə soruşurlar: “Bu insana birdən-birə nə oldu?” Çünki son dövrlərdə o, çox fikirli, kədərli və dəyişmiş görünürdü. Bəzən də nəticə hər kəs üçün şok və anlaşılmaz olur.İnsan çox vaxt atdığı addımı sonradan dərk edir və anlayır ki, utandırıcı və nəzarətsiz bir davranış sərgiləyib. Lakin unudulmamalıdır ki, hər addımın arxasında müəyyən bir səbəb olur. İnsan bu səbəbi əvvəlcədən düşünməli, paylaşmalı və öz psixoloji xüsusiyyətlərinə uyğun şəkildə analiz etməlidir ki, sonradan daha ağır nəticələrlə qarşılaşmasın. Bəzi insanlarda bu cür düşüncə və davranışlar artıq psixi vəziyyətə təsir etməyə başlayır. Nəticədə ətrafdakılar sual edir: “Ona nə olub?”, “Nə baş verir?”, “Artıq özündə deyil.” Bu proses hətta insanı ruhi tarazlığın pozulması həddinə qədər gətirib çıxara bilər. Elə addımlar var ki, insan onları yalnız özü bilir. Bir özü və bir də daxilindəki vicdanı. Əgər vicdan həmin addımı qəbul etmirsə, bu, insanın daxilində ciddi psixoloji gərginlik yaradır və həm psixoloji, həm də psixiatriya səviyyəsində problemlərə yol aça bilir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
120
47
sia.az

10Mənbələr