AZ

“Kontakt Home”dan aldığı soyuducu başına bəla oldu

Azpost saytına istinadən ain.az xəbər verir.

“Kontakt Home” mağazalar şəbəkəsindən alınmış soyuducu ilə bağlı vətəndaş şikayəti gündəmə gəlib. AzPost-a daxil olan məlumata görə, Novruz Əliyev artıq üç aya yaxındır aldığı soyuducunun istifadəyə yararsız olması səbəbindən problem yaşayır.

Şikayətçinin bildirdiyinə görə, məhsulun tam ödənişi vaxtında edilib və şirkət qarşısında heç bir borc öhdəliyi qalmayıb. Buna baxmayaraq, nasaz vəziyyətdə olan soyuducu indiyədək nə yenisi ilə əvəz olunub, nə də təmir edilərək normal işlək vəziyyətə gətirilib.

Novruz Əliyev məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara və şirkət nümayəndələrinə müraciət etdiyini, lakin bu müraciətlərin nəticəsiz qaldığını deyib. Onun sözlərinə görə, şikayət əsasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən araşdırma aparılıb və araşdırma prosesi artıq başa çatıb.

Vətəndaş bildirib ki, aparılan yoxlamalara baxmayaraq, problem həllini tapmadığı üçün məsələni məhkəmə müstəvisində davam etdirməyə qərar verib.

Məsələ ilə bağlı “Kontakt Home”un mövqeyini öyrənmək mümkün olmayıb. Qarşı tərəfin açıqlaması olduğu təqdirdə, xəbər yenilənəcək.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
1
azpost.info

2Mənbələr