AZ

İmişlidə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb

ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İmişli rayonu, Ə.Həmidov küçəsində fəaliyyət göstərən, Fuad Həmid oğlu Şirinova məxsus çörək emalı müəssisəsində keçirilmiş yoxlama zamanı nöqsanlar aşkarlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, müəssisədə temperaturun monitorinqi və qeydiyyatı aparılmır, havalandırma sistemi qurulmayıb, xammal anbarında unlar divardan ara məsafə gözlənilmədən saxlanılır. Eləcə də emal prosesində istifadə edilən avadanlıqlar təmiz saxlanılmır, divarlar qaralıb, döşəmə çirkli vəziyyətdədir, işçilər xüsusi geyimlə təmin edilməyib, müvafiq təmizlik işləri görülmür və digər tələblər pozulub.

Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Qalereya

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
12
baku.ws

10Mənbələr