AZ

Rusiyanın Kiyevə dron hücumunda Qətər səfirliyi zərər görüb

Bu gecə Rusiya ordusunun Ukraynaya hava zərbəsi zamanı ümumilikdə 242 dron, 13 ballistik raket, o cümlədən orta mənzilli “Oreşnik” ballistik raketi, həmçinin 22 qanadlı raketi istifadə edilib.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında paylaşım edib.

“Adi mülki infrastruktur və enerji obyektlərindən əlavə, bu gecə Rusiya dronu Qətər səfirliyinə də zərər vurub. Bu ölkə çoxsaylı vasitəçilik fəaliyyəti ilə tanınır — Rusiya həbsxanalarında saxlanılan hərbi əsirlər və mülki şəxslərin azad olunmasına çalışır”, - Zelenski bildirib.

Seçilən
63
2
apa.az

5Mənbələr