AZ

"Nestle” şirkəti narahatdır, Azərbaycandakı "Avromed" isə yox...

“Nestle” şirkəti tərəfindən körpə və azyaşlılar üçün nəzərdə tutulmuş bəzi qida məhsullarının ehtiyat tədbiri olaraq geri çağırılması barədə qərar qəbul edilib. Buna səbəb istehsal prosesi zamanı məhsulların “Bacillus cereus” bakteriyası tərəfindən hasil olunan sereulid toksini ilə çirklənmə ehtimalıdır...

Həkim Adil Qeybulla məsələyə aydınlıq gətirib: “Bu maddələrin orqanizmdə yığılaraq xüsusilə də böyüyən uşaq orqanizmində, limfa sistemində, sümük toxumasında gələcəkdə çox ciddi fəsadlar vermə ehtimalı var”.

Qida mütəxəssisi Məhsəti Hüseynova isə valideynlərə xəbərdarlıq edərək bildirib: “Əgər bu kimi məhsullar Azərbaycanda da istifadə edilirsə, təbii ki, satışda var. Mütləq şəkildə hər bir ana diqqətli olmalıdır. Həmin partiyaları yoxlamalıdırlar. Əgər uşaqlarda hər hansı bir narahatlıq varsa – mədədə ağrı, köp, ürəkbulanma və ya uzun müddət davam edən ishal müşahidə edilirsə, mütləq şəkildə həkimə müraciət etsinlər”.

Qeyd edək ki, Nestle Azərbaycanda da fəaliyyət göstərir və bu qidalardan ölkəmizdə də uşaqların qidalandırılmasında istifadə olunur.

Maraqlıdır ki, həmin məhsullardan Azərbaycanda varmı və ya onlar da geri qaytarılacaqmı?

Qeyd edək ki, "Avromed Company" QSC Nestle şirkətinin Azərbaycandakı rəsmi tərəfdaşı və distribütorudur. Şirkət rəsmilərindən bu problemlə bağlı suallara cavab almaq üçün etdiyimiz müraciətlər cavabsız qaldı... 

Hələlik bu barədə heç bir məlumat verilmir. (Bizimesr.com)

Poliqon.info

Seçilən
95
3
poliqon.info

3Mənbələr