AZ

Qarabağdan Ermənistana köçən 4000 ailə mənzil sertifikatı verilib

Qarabağdan Ermənistana köçən 4000-dən çox ailə artıq mənzil sertifikatları alıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan mətbuat konfransında 2025-ci il üçün işlərin nəticələrini və 2026-cı il üçün planları təqdim edərkən bildirib.

Onun sözlərinə görə, Qarabağdan köçən şəxslərə sertifikatların verilməsi prosesi 2025-ci ildə də davam edib. Bu günə qədər 4040 ailə sertifikatlar alıb.

Torosyan sertifikatların verilmə nisbətinin tezliklə sürətlənəcəyinə ümid etdiyini bildirib.

 

Seçilən
24
1
modern.az

10Mənbələr