AZ

Bu tiktokerlərin cinayət işinə xitam verildi

Tiktok əməliyyatı zamanı saxlanılan beş tiktoker barəsində cinayət işləri ilə bağlı qərar qəbul edilib.

Publika.az APA-ya istinadla xəbər verir ki, Tiktok əməliyyatı zamanı saxlanılan Vüqar Kərimov, “Magerramov” ləqəbli Əmrah Məhərrrəmov, "Vaqa" ləqəbli Vüqar Zeynalzadə, ”Xan” ləqəbli Əsgər Əlizadə, “Nuh” ləqəbli Nuh Məmmədzadənin cinayət işinə xitam verilib.

Tiktokerlər Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə təqsirli biliniblər.

Qeyd edək ki, bir neçə gün öncə Tiktokda yarış təşkil edən Azər Zahid və köməkçisi Rövşən Təhməzov barəsində də cinayət işinə xitam verilmişdi.

Seçilən
84
10
publika.az

10Mənbələr