AZ

“Liverpul” - “Qarabağ” matçının bilet qiyməti neçəyədir?

Ajans.az xəbər verir ki, “Anfield”də keçiriləcək qarşılaşma üçün ayrılmış vauçerlər iTicket.az saytında onlayn şəkildə bu gün saat 12:00-dan etibarən satışda olacaq. Biletlərin qiyməti 115 AZN təşkil edir. Qeyd edək ki, vauçerləri ilkin olaraq iTicket.az-dan əldə ediləcək. Oyun gününə qədər isə biletiniz sifariş zamanı göstərdiyiniz e-mail ünvanına iTicket.az-ın rəsmi e-maili vasitəsilə göndəriləcək.

“Qarabağ” azarkeşləri üçün “Anfield”də 1250 yer ayrılıb.(teleqraf)

Seçilən
72
5
Ajans.az

7Mənbələr