ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "nüvə iyləyicisi" kimi tanınan "Boeing WC-135R Constant Phoenix" təyyarəsi ABŞ səmasında sirli bir uçuş həyata keçirib.
Publika.az ABŞ mətbuatına istinadən xəbər verir ki, nüvə fəaliyyətini aşkar etmək üçün istifadə edilən xüsusi təchiz olunmuş təyyarə Nebraskadan havaya qalxıb.
Cənubi Dakota və Şimali Dakota ştatının Farqo şəhəri yaxınlığında dövrə vuran təyyarə sonuncu dəfə Rapid Siti üzərində uçub.
"WC-135R" nüvə partlayışlarından radioaktiv dağıntıları aşkar etmək və atmosferdən nümunələr toplamaq üçün nəzərdə tutulub. Məlumata görə, təyyarə, qabaqcıl avadanlıqları sayəsində radioaktiv buludları real vaxt rejimində aşkarlaya və xarici filtr sistemləri və kompressor quruluşu havadakı hissəcikləri və qaz nümunələrini analiz üçün saxlaya bilir.
Bu uçuşun ABŞ və Rusiya arasında 5 fevralda "New START" (Yeni Strateji Silahların Azaldılması Müqaviləsi) müqaviləsinin müddətinin bitməsi ərəfəsi ilə üst-üstə düşməsi beynəlxalq ictimaiyyətdə nüvə gərginliyi ilə bağlı müzakirələrə səbəb olub.