ain.az, Fanat portalına istinadən məlumat yayır.
Azərbaycan Basketbol Liqası təmsilçisi "Lənkəran" basketbolçusu ilə vidalaşıb.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Cənub komandası Qabon millisinin üzvü olan Antoni Tseqakele ilə yolları ayırıb. Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
26 yaşlı basketbolçu karyerasını İspaniyada davam etdirmək qərarına gəlib. O, bu ölkənin aşağı divizionunda mübarizə aparan "Xixon" klubunun şərəfini qoruyacaq.
Qeyd edək ki, Tseqakele cari mövsümün əvvəlində Kanadanın "Saskatçevan Reytls" klubundan "Lənkəran"a keçmişdi.
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.