ain.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Danimarkanın ABŞ-dakı səfiri Yesper Möller Sörensen Qrenlandiya məsələsi ilə bağlı Amerika siyasətçiləri ilə bir sıra görüşlər keçirib.
AZƏRTAC “TV 2”yə istinadla xəbər verir ki, son günlərdə o, ABŞ Senatının və Nümayəndələr Palatasının üzvləri ilə danışıqlar aparıb.
Cümə axşamı diplomatın Ağ Evdə də görüşü planlaşdırılıb. Həmin görüşdə Qrenlandiya mövzusunun Amerika administrasiyasının nümayəndələri ilə müzakirəsi davam etdiriləcək.
Səfiri görüşlərdə Qrenlandiyanın Vaşinqtondakı nümayəndəsi Yakob İsbosetsen müşayiət edir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.