AZ

İranda baş verənlər onların daxili məsələsidir Aydın Mirzəzadə

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Artıq bir neçə gündür ki, İranda baş qaldıran etirazlar səngimək bilmir.

İctimai şüurda səslənən bir fikir də artıq rejimin dəyişməsidir.

Doğrudur, İranla bağlı bu ssenari zaman-zaman təkrarlanıb.

Fəqət bu dəfəki etiraz dalğası daha genişdir.

Bu baxımdan, rejim dəyişməsi məsələsi də daha real görünür.

Maraqlıdır, bu baş verə bilərmi?

Ümumiyyətlə, Azərbaycan bu barədə necə düşünür?

Məsələ ilə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə Gununsesi.info-ya danışıb.

O bu barədə deyib:

“İranda baş verənlər İranın daxili işidir. İnanırıq ki, İran cəmiyyəti bütün məsələlərdə olduğu kimi, bu məsələdə də düzgün həlli tapacaq. Azərbaycan İranla tarixən qonşudur, dostdur. Biz İranda sabitliyin olmasını istəyirik. Azərbaycan İrana öz problemlərinin həllində uğurlar, qarşısına çıxan məsələlərin həllində düzgün həlli tapa biləcəyinin həllini arzulayırıq”.

Maqsud

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
77
icma.az

1Mənbələr