ain.az, Oxu.az portalına istinadən məlumat yayır.
"Arsenal" klubunun cari mövsümdə çempion olmaq ehtimalı 90 faizə yaxındır.
Oxu.Az xəbər verir ki, "Opta" superkompüterinin hesablamalarına görə, London klubu Premyer Liqada aşkar favoritdir (87%). "Mançester Siti" (8.6%) və "Aston Villa"nın (4.2%) şansları xeyli az göstərilib. Son çempion "Liverpul"un titulunu qorumaq ümidləri minimuma bərabərdir (0.16%).
Qeyd edək ki, "Arsenal" sonuncu dəfə ölkə çempionluğunu 2004-cü ildə qazanıb. Hazırda 21 oyundan 49 xalla ən yaxın rəqiblərini 6 xal geridə qoyan "topçular" turnir cədvəlinə başçılıq edirlər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.