AZ

Ötən il qeyri neft sektoru üzrə ixrac 8 faizdən çox artıb

Azvision portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın 2026-cı ilin yanvar sayına dair ilkin rəqəmlərində qeyd olunub. İcmala əsasən, 2025-ci ilin yanvar-dekabr aylarında yeyinti məhsulları üzrə ixrac 18,4 faiz artaraq 1,2 milyard dollara bərabər olub. Ötən ilin yanvar-dekabr aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 57,4, meyvə-tərəvəz 27,4, alüminium və onlardan hazırlanan məmulatlar 24,2, pambıq iplik 19,3, kimya sənayesi məhsulları 8, bitki və heyvan mənşəli piylər və yağlar 2 faiz artıb. Hesabat dövrü ərzində aqrar məhsullar üzrə ixrac 26,7 faiz artaraq 1 milyard dollara, aqrar-sənaye məhsulları üzrə ixrac isə 314,7 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18,9 faiz artaraq 1,3 milyard dollar təşkil edib. AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
17
azvision.az

10Mənbələr