AZ

Qustavo Petro: ABŞ işğalı real təhdiddir

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ-nin Prezidenti Donald Tramp tərəfindən açıq şəkildə hədəf alınan Kolumbiya Prezidenti Qustavo Petro mümkün işğalı real təhdid olduğunu bildirib. 

"Cebheinfo.az" xəbər verir ki, Petro Britaniyanın ictimai yayım qurumu BBC-yə verdiyi müsahibədə ABŞ-nin digər ölkələri “öz imperiyasının bir parçası” kimi gördüyünü deyib.

 ABŞ-nin Venesuela Prezidenti Nikolas Maduronu mühakimə etmək üçün ölkədən qaçırmasına toxunan Petro neft məsələsinə diqqət çəkib: 

“Əgər ABŞ Paris Sazişindən çıxmasaydı və ölkələrin fosil yanacaq istifadəsini azaltmaqla qlobal temperatur artımını məhdudlaşdırmağı qəbul etsəydi, bu hadisə baş verməzdi. Cənubi Amerika ilə daha demokratik və sülhə əsaslanan münasibətlər qurulardı”. 

Trampın Kolumbiyanı hərbi əməliyyatla hədələməsindən sonra ölkə miqyasında suverenlik və demokratiya uğrunda etiraz aksiyaları keçirilib. Petronun Tramp tərəfindən hədəf alınmasından sonra Kolumbiya boyunca həmrəylik yürüşləri təşkil olunub. 

Dünən isə Petro ilə Tramp arasında telefon danışığı baş tutub. Petro bu barədə məlumat verərək bildirib ki, Kolumbiya ilə ABŞ arasındakı münasibətlərdə diplomatik prinsiplərə üstünlük verirlər: “ABŞ-nin hərbi güc tətbiq etmə təhdidinin aradan qaldırılması danışıqlardan asılıdır”. 

Keçmiş döyüşçü olan Petro Kolumbiyanın ABŞ hücumu halında özünü necə müdafiə edəcəyi ilə bağlı suala belə cavab verib: 

“Biz dialoqu üstün tuturuq. Amma Kolumbiyanın tarixi göstərir ki, böyük ordulara necə cavab verib. Bu, silahlarımızın olmadığı halda böyük bir ordu ilə döyüşmək demək deyil. Hətta hava hücumundan müdafiə sistemimiz belə yoxdur. 

Bunun əvəzində, həmişə olduğu kimi xalqımıza, dağlarımıza və meşələrimizə güvənirik”. Petro Venesuelada Maduronun qaçırılmasından sonra müvəqqəti prezident təyin olunan keçmiş vitse-prezident və neft naziri Delsi Rodriqeslə də görüşdüyünü, onu Kolumbiyaya dəvət etdiyini təsdiqləyib. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
58
1
cebheinfo.az

2Mənbələr