İranda baş verənlərin birbaşa qonşu və qohumluq əlaqələri olan Azərbaycana həm siyasi, həm də iqtisadi baxımdan təsiri çox azdır. Amma, hadisələr sərhəd pozulması və sərhəd keçid məntəqələrində sabitliyin pozulmasına səbəb ola bilər.
Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, ola biləcək potensial etnik gərginliklər və miqrasiya təzyiqləri sərhəd təhlükəsizliyinin sabitliyini poza bilər:
“İqtisadi əlaqələr baxımından davam edən ticarət dövriyyəsinə müvəqqəti olaraq zərər verə bilər. Əlbəttə ki, baş verənlər regional təsir baxımından sabitliyi risk altına qoyur və özüylə iqtisadi və diplomatik çətinliklər gətirəcək. Amma, hesab edirəm ki, İranda davam edən etirazlar, böyük dövlətlərin maraq dairəsindədir və nəzarət mexanizmi var”.
Süleyman