AZ

Şura bu kanalları cəzalandırıb

Audiovizual Şura reklam qanunvericiliyinin pozulması və ayrı-seçkiliyin təbliği ilə bağlı “Dünya TV”, “MTV”, “Space TV” və “Space FM”in yayımının müvəqqəti dayandırılması barədə qərar qəbul edib. Qərar Şuranın 9 yanvar 2026-cı il tarixli iclasında verilib.

Araşdırmalara əsasən, adıçəkilən kanallarda yayımlanan proqramlarda tibbi xidmətlərlə bağlı yanlış və haqsız reklam məlumatları təqdim olunub. Bu hallar “Reklam haqqında” Qanunun tələblərinin pozulması kimi qiymətləndirilib.

Qərara görə:

“Dünya TV” – reklam pozuntusuna görə 3 saatlıq sanksiya

“MTV” – 15 yanvar 2026-cı il, saat 15:00–18:00 arası yayım dayandırılacaq

“Space FM” – 15 yanvar 2026-cı il, saat 18:00–21:00 arası yayım dayandırılacaq

“Space TV” – ayrı-seçkiliyin təbliği səbəbilə 14 yanvar 2026-cı il, saat 12:00–15:00 arası yayım dayandırılacaq

Bundan əlavə, iclasda “Azercell Telekom” MMC-yə “Kinon” adlı platforma üzrə universal operator və sifarişli yayım xidməti provayderi lisenziyaları verilib.

Eyni zamanda, son bir ildə davamlı yayım apara bilmədiyi üçün “Neftçi TV”nin lisenziyası ləğv edilib.

Seçilən
96
1
anews.az

2Mənbələr