AZ

® “AccessBank” kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20 faiz keşbek imkanı!

“AccessBank” müştəri məmnuniyyətinin yüksək səviyyədə qorunub saxlanılması məqsədi ilə daha bir yeniliyə imza atdı. “AccessBank” kart sahibləri ictimai nəqliyyatda — metro, avtobus və qatarlarda gediş haqqı ödənişlərini kartla həyata keçirdikdə 20 faiz keşbek əldə edəcəklər. Bu təşəbbüs ictimai nəqliyyatdan müntəzəm istifadə edən, həm də gündəlik ödənişlərində rahatlıq və üstünlüklər axtaran müştərilərin nəqliyyat xərclərinin optimallaşdırılmasına imkan yaradır.

Kampaniyadan yararlanmaq üçün “myAccess” mobil tətbiqində aylıq keşbek bölməsində seçim zamanı “İctimai Nəqliyyat” kateqoriyasını aktivləşdirmək kifayətdir.

Bununla yanaşı, “AccessBank” kartları üzrə aylıq kateqoriya seçimi çərçivəsində marketlər, kafe və restoranlar, geyim və aksessuarlar, kinoteatrlar, aptek, gül dükanları, zoomaqazinlər, baytarlıq dükanları və klinikalar, gözəllik və SPA, idman geyimləri və idman avadanlıqları mağazaları, eləcə də əyləncə kateqoriyalarında 5 faiz keşbek imkanı da təqdim olunur.

“AccessBank” müştəriyönümlü yanaşma əsasında rəqəmsal həllərini inkişaf etdirməklə və kart məhsulları üzrə üstünlüklərini genişləndirməklə müştərilərinin gündəlik maliyyə əməliyyatlarını daha rahat və effektiv şəkildə idarə etmələrinə dəstək olmağa davam edir.

“AccessBank” Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 24-ü bölgələrdə olmaqla, 38 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (“Facebook”, “Instagram”, “LinkedIn”) müraciət edə bilərsiniz.

“AccessBank” QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Seçilən
58
5
azertag.az

6Mənbələr