AZ

İran internetsiz qalıb

Beynəlxalq internet monitorinq xidməti “NetBlocks”-ın məlumatına görə, İranda dünəndən etibarən internet yoxdur.

Xidmət “Telegram” kanalında verdiyi açıqlamada bildirib ki, İrandai nternet  bağlantı nisbəti normal səviyyənin təxminən 1%-nə düşüb.

“Cebheinfo.az” xəbər verir ki, İran rəsmiləri planlaşdırılan heç bir məhdudiyyət elan etməyib.

29 dekabr 2025-ci ildə İran rialının kəskin düşməsi səbəbindən tacirlər Tehranın mərkəzində etiraz aksiyalarına başlayıblar. İslam Respublikası küçəsi hadisənin mərkəzinə çevrilib. Fars xəbər agentliyinin məlumatına görə, etiraz edən iş adamları həmkarlarını mağazalarını bağlamağa və hərəkata qoşulmağa çağırıblar. 30 dekabrda Tehran universitetlərinin tələbələri iğtişaşlara qoşulublar. 31 dekabrda bir qrup naməlum şəxs İranın cənubundakı Fars əyalətindəki Fez şəhər administrasiyasının binasına hücum edib.

Seçilən
92
cebheinfo.az

1Mənbələr