
İranın Ali dini rəhbəri Seyid Əli Xamenei ABŞ Prezidenti Trampı öz ölkəsindəki problemlərə diqqət yetirməyə çağırıb.
Missiya.Az xəbər verir ki, Xamenei bunu müraciəti zamanı deyib.
"Tramp öz ölkəsindəki problemlərə diqqət yetirməlidir. İslam Respublikası əcnəbilər üçün fəaliyyət göstərən muzdlulara tolerantlıq göstərməyəcək", - deyə siyasətçi vurğulayıb.
O bildirib ki, İranda bəzi üsyançılar Trampı ictimai əmlaka zərər vurmaqla razı salmaq istəyirlər.
Xamenei həmçinin iranlıları birliklərini qorumağa çağırıb.
Daşqın HəsənovMissiya.Az