AZ

Rusiya Kiyev və Lvova hücum edib - 4 ölü, 22 yaralı

Rusiya təyyarələrinin Ukraynanın paytaxtı Kiyevə endirdiyi hava zərbələri nəticəsində 4 nəfər ölüb, 22 nəfər yaralanıb.

Missiya.Az xəbər verir ki, şəhərdə axtarış-xilasetmə əməliyyatları davam edir. Kiyev meri Vitali Kliçko isə bildirib ki, hücum şəhərin müxtəlif rayonlarını və vacib infrastruktur obyektlərini hədəf alıb, bəzi yerlərdə elektrik və su təchizatında fasilələr yaranıb.

Eyni zamanda Lvov şəhərində də kritik infrastruktura hücum iddiaları var. Şəhər meri Andriy Sadoviy bildirib ki, hadisə yerinə bütün aidiyyəti qurumlar cəlb olunub, itki barədə məlumat yoxdur.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı açıqlayıb ki, Rusiya ordusu hücum zamanı 36 raket və 242 dron istifadə edib. Ukrayna hava hücumundan müdafiə qüvvələri isə 242 dron və 18 raketi zərərsizləşdirib. Hücumun əsas hədəfi Kiyev olub.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, zərbələr Ukraynanın 29 dekabr 2025-ci il tarixində Rusiya Prezidenti Vladimir Putinin Novqoroddakı iqamətgahına qarşı törədilən “terror hücumuna” cavab olaraq həyata keçirilib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
25
missiya.az

1Mənbələr