AZ

Filippində zibilxana çökdü: 1 ölü, 30 itkin

Filippinin Cebu şəhərindəki zibilxanada baş verən sürüşmə nəticəsində bir nəfər ölüb, 30 nəfər itkin düşüb.

Bakıvaxtı.az "GMA News"a istinadən xəbər verir ki, hadisə nəticəsində 9 nəfər xilas edilib, lakin bir nəfər xəstəxanada ölüb. 

Sürüşmə nəticəsində dağıntılar altında 30 nəfərin qaldığı ehtimal olunur.

Hadisə yerinə təcili yardım xidmətləri göndərilib və axtarış-xilasetmə əməliyyatları davam edir.

Gülşən Şərif

Seçilən
82
1
bakivaxti.az

2Mənbələr