AZ

Yəmənin Cənub Keçid Şurası buraxıldı

Bakı, 9 yanvar, AZƏRTAC

Ölkənin cənub əyalətlərinin suverenliyinə çalışan Yəmənin Cənub Keçid Şurası rəsmi olaraq buraxıldığını və bütün strukturlarının fəaliyyətini dayandırdığını elan edib.

AZƏRTAC xəbər verir ki, “Əl-Ərəbiyyə” telekanalının məlumatına görə, bu barədə təşkilatın bəyanatında deyilir. “Cənub Keçid Şurasının, onun bütün əsas və köməkçi orqanlarının və təsisatlarının ləğvini, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə bütün ofislərinin bağlandığını elan edirik. Həmçinin Səudiyyə Ərəbistanının himayəsi altında cənub qüvvələrinin ümumi konfransına hazırlıqla Cənubun ədalətli məqsədini həyata keçirmək niyyətini bəyan edirik”, - deyə sənəddə bildirilir.

Xatırladaq ki, yanvarın 2-də Cənub Keçid Şurası ikiillik keçid dövrünün başladığını və nəticədə müstəqil Cənubi Ərəbistan dövlətinin elan olunacağını elan etmişdi. Həmin dövlət 1967-ci ildən 1990-cı ilədək mövcud olan Yəmən Xalq Demokratik Respublikasının sərhədləri daxilində yaradılmalı idi.

Seçilən
71
azertag.az

1Mənbələr