AZ

Razi Nurullayev reket jurnalistləri İFŞA ETDİ VİDEO

ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

“Müəyyən bir kateqoriya jurnalistlər var ki, onların marağı yazı dərc edib, sonra aidiyyəti şəxsdən pul tələb etməkdir”.

KONKRET.az xəbər verir ki, bu fikri deputat Razi Nurullayev “TV1” telekanalının layihəsi olan “Media gündəmi” verilişində səsləndirib.

“Reket jurnalistlər bir yazını saytda yerləşdirir. Sonra isə onu silmək üçün deputatdan pul tələb edirlər. Mən bu cür halla qarşılaşmışam, ancaq qəti surətdə pul verməmişəm. Ümumiyyətlə, bundan sonra da pul vermək fikrim yoxdur. Əksinə, mənə qarşı bu cür hərəkət edən bir reket jurnalisti həbsə atdırmışam. İndi həbsdən çıxıb. Üzərinə böyük cərimə də qoyublar. Ancaq bu haqda çox danışmıram. Çünki Razi Nurullayevin jurnalistlərlə mübarizə aparan deputat kimi qələmə verilməsini istəmirəm”, – deyə millət vəkili vurğulayıb.

@konkretaz #razi #razinurullayev #deputat ♬ orijinal ses – KONKRET TV

Geniş müsahibəyə bu linkdə baxa bilərsiniz: https://youtu.be/yN7ehppSaYU?si=8_ZWprvf5A-KiEx2

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
1
konkret.az

2Mənbələr