“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasındakı yerli futbolçulara gələn transfer təkliflərindən danışıb.
"Cebheinfo.az" xəbər verir ki, tərcrübəli mütəxəssis azərbaycanlı oyunçuları istəyənlərin daha çox olduğunu bildirib:
“Hamısına təklif var. Bəlkə ən çox təklif elə azərbaycanlılaradır. Öz menecerlərimiz çoxalıb, kənardan da maraqlanırlar. Daha çox yerli oyunçuları narahat edirlər. Onların gələcəyini düşünən menecerləri, ətrafları daha çoxdur”.
"Cebheinfo.az"