Suriya ordusunun Hələb şəhər mərkəzindəki əməliyyatlarından sonra PKK/YPG terror təşkilatının Fərat çayının şərqinə göndərilməsi üçün "təxliyə" prosesi başlayıb.
Publika.az xəbər verir ki, yerli müdafiə mənbələrinin verdiyi məlumata görə, YPG üzvləri Hələbdə işğal etdikləri əraziləri yaxın saatlarda tərk edəcəklər.
Həmçinin bildirilib ki, Hələbdəki dövlət qurumları sakinlərə xidmət göstərmək üçün Əşrəfiyyə və Şeyx Məqsud məhəllələrinə girməyə hazırlaşır.
Terror təşkilatı tərəfindən bölgəyə yerləşdirilən partlayıcı maddələrin və minaların təmizlənməsi işlərinin davam etdiyi də qeyd olunub. Məhəllələrdəki partlayıcı maddələr təmizləndikdən və yollar açıldıqdan sonra sakinlərin evlərinə qayıtmasına icazə veriləcək.