"Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi, hazırda futbol eksperti qismində fəaliyyət göstərən Roy Kin "Liverpul"un cari mövsüm sərgilədiyi qeyri-sabit çıxışa münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Daily Mail" belə çatdırıb:
"Liverpul" pis çempiondur. Böyük klubda oynayır və titul qazanırsansa, hər şey növbəti mövsümdə nə edəcəyindən asılı olur. Dörd-beş il öncə mersisaydlılar çempion olandan sonra da güclərini itirməmişdilər. Əlbəttə səbəblər var: zədələr, heyətlə bağlı problemlər. Amma çöküş çox dərindir. İndi liderdən 14 xal geri qalırlar. Bu, ciddi tənəzzüldür".
Nihat