“Neftçi”nin futbolçusu Elvin Camalova bir neçə klubdan təklif var.
İdmanxeber.az-a verilən məlumata görə, Premyer Liqa klublarımızdan bir neçəsi təcrübəli futbolçu ilə maraqlanır. Onu heyətinə qatmaq istəyən komandalar var. Bunlar hamısı yerli klublardır.
Ancaq Camalov hələlik “Neftçi”dən ayrılmaq fikrində deyil. O, qış toplanışının ardından baş məşqçi Yuri Vernidubun qərarını gözləyəcək.
Təcrübəli futbolçu karyerasını “ağ-qaralar”da davam etdirmək niyyətindədir. Ancaq onun taleyi ukraynalı mütəxəssisin qərarından asılıdır.