AZ

Bakıda mənzildən meyit tapıldı

Bakıda mənzildən 31 yaşlı şəxsin meyiti tapılıb.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Nizami rayonu Ə.Hacıyev küçəsi 8 ünvanındakı binada baş verib.

Dünən axşam saatlarında orada yaşayan 1995-ci il təvəllüdlü Pərviz Məmmədovun meyiti aşkar edilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır. Ekspertizalar təyin edilib.

Seçilən
48
3
metbuat.az

4Mənbələr