AZ

Valideyn himayəsindən məhrum olmuş uşaq vahid anlayışından istifadə olunacaq

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaq vahid anlayışından istifadə olunacaq.

"Unikal" xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq qanunlara dəyişiklikləri təsdiqləməsi ilə mümkün olub.

Xatırladaq ki, əvvəlki qanunvericiliyə əsasən "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunda "valideynlərini itirmiş" və "valideyn himayəsindən məhrum olmuş" uşaq anlayışları fərqli kateqoriyalar kimi müəyyən edilmişdi. Lakin Ailə Məcəlləsində, eləcə də "Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Prezidentinin 2022-ci il 15 fevral tarixli Fərmanında "valideyn himayəsindən məhrum olmuş uşaq" adı altında vahid bir anlayışdan istifadə olunur.

Buna görə, müvafiq qanunlarda dəyişikliklərə əsasən "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunda "valideynlərini itirmiş uşaqlar" anlayışı ismin müvafiq hallarında "valideyn himayəsindən məhrum olmuş uşaqlar" anlayışı kimi təsbit edilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
53
10
unikal.az

10Mənbələr