AZ

Çarlz Universiteti azərbaycanlıların SAT nəticələrini qəbul etməyəcək

Çarlz Universiteti azərbaycanlıların SAT nəticələrini qəbul etməyəcək

Çexiyanın Çarlz Universiteti (Charles University) 2026-2027-ci tədris ilində Azərbaycandan olan abituriyentlərin təqdim etdiyi SAT nəticələrini (xüsusilə Riyaziyyat üzrə) artıq qəbul etməyəcək.

AFN.az xəbər verir ki, bu barədə liseydə müəllim işləyən Zaur Maarif bildirib. Onun sözlərinə görə, universitet rəsmi açıqlama verərək bu qərarını elan edib.

Bildirilir ki, buna səbəb, tələbələrin daxil olarkən təqdim etdikləri yüksək SAT balları ilə universitet təhsili zamanı nümayiş etdirdikləri real akademik göstəricilər arasındakı ciddi fərq və uyğunsuzluqdur: "Bu qərarda ən böyük dərd və bizi düşündürməli olan məqam isə başqadır: Universitetin rəsmi sənədində "aşağı korrelyasiya" (balların etibarsızlığı) səbəbilə adı xüsusi olaraq vurğulanan və qadağa qoyulan yeganə ölkə Azərbaycandır".

Z.Maarif qeyd edib ki, hazırda xarici universitetlərə qəbul və təqaüd şansını artıran AP (orta məktəb şagirdlərinə xarici universitetlərdən dərs kreditləri və ya qəbulda üstünlük qazandıran Advanced Placement proqramı) imtahanlarının da şəffaflığı sual altındadır. Eyni suallardan ibarət olan imtahan bir həftə fərqlə keçiriləcək: "Belə olan təqdirdə sualların əldə edilməsi asanlaşır. İkinci həftə imtahana girib 5 bal (maksimum) alan tələbə rahatlıqla qəbul ala biləcək. Ancaq universitetin imtahanında göstərici aşağı olduqda belə bir məlumatı digər universitetlərdən də almağımız qaçınılmaz olacaq. Bu isə öz haqqı ilə qəbul olunmuş və təqaüd qazanmış tələbələrin gələcəyinə vurulmuş böyük bir zərbədir".

Seçilən
45
6
afn.az

6Mənbələr