AZ

Bayramdan sonra işə qayıtmaq niyə çətin gəlir? – beynin və hormonların “etirazı” » AzadMedia.az


Yeni il tətilindən sonra iş rejiminə qayıtmaq bir çox insan üçün demək olar ki, həmişə streslə müşayiət olunur. Mütəxəssislərin fikrincə, bunun əsas səbəbi orqanizmin, xüsusilə də beynin və hormonal sistemin uzunmüddətli istirahətə uyğunlaşması və sonradan bu rejimdən kəskin çıxmağa məcbur qalmasıdır.
Bu barədə “Gazeta.Ru”ya açıqlamasında PNXPU-nun “Kimya və biotexnologiya” kafedrasının dosenti, KimBio Elmi-Təhsil Mərkəzinin farmakologiya üzrə elmi məsləhətçisi Sergey Solodnikov məlumat verib.
Ekspertin sözlərinə görə, istirahət dövründə orqanizmdə kortizol, adrenalin və noradrenalin kimi səfərbər edici hormonların səviyyəsi azalır. Məhz bu hormonlar diqqətin toplanmasına və iş qabiliyyətinin saxlanmasına cavabdehdir. Eyni zamanda sinir sistemində tormozlayıcı mediatorların təsiri güclənir ki, bu da insanda rahatlama və gərginliyin azalması hissi yaradır.
Solodnikov qeyd edir ki, uzun və keyfiyyətli yuxu zamanı beyində bir növ “təmizlənmə prosesi” baş verir: hüceyrələrarası boşluq genişlənir, onurğa-beyin mayesi isə yüklənmə dövründə yığılan maddələr mübadiləsi məhsullarını yuyub aparır. Bundan əlavə, sinir impulslarının ötürülmə sürətinə təsir edən miyelin qişaları da bərpa olunur.
Lakin bu prosesin mənfi tərəfi də var. Bayram günlərində yuxu rejiminin pozulması bioloji saatların işində ciddi problemlər yarada bilər. Rejim qəfil dəyişdikdə, yorğunluq siqnalı verən adenozin maddəsi oyanandan sonra da sinir sistemini “ləngidir”. Nəticədə diqqət azalır, zehni fəaliyyət zəifləyir, hətta iştaha arta bilir.
Mütəxəssisin sözlərinə görə, bayramdan sonra işə başlama dövrü eyni zamanda hormonal balansın yenidən qurulması ilə üst-üstə düşür: motivasiya və fokuslanmaya cavabdeh olan dopaminin səviyyəsi enir, rahatlama hissi yaradan serotonin isə hələ də yüksək qalır. Belə vəziyyətdə tapşırıqlar və vaxt məhdudiyyətləri ilə dolu iş mühiti beyin üçün əlavə stressə çevrilir.
Solodnikov vurğulayır ki, sinir sistemi üçün ən çətin olan işin özü yox, rahat rejimdən yüksək konsentrasiya tələb edən rejimə kəskin keçiddir.
PNXPU mütəxəssisləri bildirirlər ki, uzun bayramlarda tam passiv istirahət vəziyyəti problemi daha da dərinləşdirə bilər. Ən optimal variant fəaliyyətin dəyişdirilməsidir: yüngül fiziki aktivlik, zehni yüngülləşmə və hətta “darıxma” anlarının balansı. Məhz bu zaman beyin sərbəst düşünmə rejiminə keçir, yaradıcılıq və daxili motivasiya tədricən bərpa olunur.
Seçilən
29
1
azadmedia.az

2Mənbələr