ABŞ Nümayəndələr Palatasının Texasdan olan üzvü Pat Fallon dini lider Əli Xameneyiyə İranı tərk etməsi barədə çağırış edib.
"Cebheinfo.az" xəbər verir ki, o, özünün “X” sosial şəbəkəsində yazıb: "Xameneyi və onun yaxın silahdaşlarının fürsətləri olduğu müddətdə İranı tərk etmələri yaxşı olardı".
Senator Lindsi Qraham da “X” sosial platformasında İran xalqına müraciət edərək bildirib ki, Tramp Obama deyil: "O, dəhşətli zülmə son qoymağa çalışarkən sizi dəstəkləyəcək".
Senator İranı və onun rəhbərliyini “zorakı dini nasist rejimi" adlandırıb: "Terrorçuları dəstəkləyən, zorakı dini nasist rejiminin rəhbərliyinə: İran üzərində patoloji nəzarətinizi qorumaq üçün öz xalqınızı öldürməyə davam etsəniz, ölü olaraq oyanacaqsınız".
Senator Lindsi Qrem müraciətində onu da bildirib ki, əgər Trampa qarşı cəfəngiyyat danışsalar, bunub cavabını alacaqlar:
"Prezident Trampa meydan oxuyan quldurlar, diktatorlar, zorakılar və qatillər bu dünyada uzun müddət qalmayacaqlar".
“Cebheinfo.az”