“Bu məsələ ötən ayın 25-i olub. Mən bölgə universitetlərinin boş qalması haqqında danışmışam. Material da qalır, heç bir yerdən silməmişik. Sadəcə əsas söhbəti konteksdən çıxartdılar”.
Publika.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a aparıcı Amil Xəlil deyib.
O, Space TV-nin yayımının 3 saatlıq dayandırılmasına belə münasibət bildirib:
“Demişəm ki, bölgələrdə universitetlər boş qalıb. Mən Lənkəranda yaşasam, Lənkəran və ya Gəncədə qalsam, Gəncə Dövlət Universitetini seçərəm. Yaşadığım yer haraya yaxındırsa, onu uyğun yerdə oxumağı daha üstün tutaram. Amma bəziləri yazdılar ki, aparıcı, yəni mən bölgə ayrıseçkiliyi edirəm. Vaxtı ilə aktrisalarımızdan biri də bu barədə danışanda özüm də buna dair ona irad bildirmişdim. Olmaz belə şeylər!"
Aparıcı bildirib ki, Şuranın qərarına qarşı bir şey deyə bilməz: