ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
20 yaşlı isveçli hücumçu Runi Bardji “Barselona”nın əsas koma oyunçusu kimi qeydiyyata alınıb.
İdman.Biz bu barədə “Euro-football”a istinadən məlumat yayıb.
Artıq futbolçu 19 nömrəli forma ilə çıxış edəcək.
“Göy-qırmızılar” gənc istedadı 2025-ci ilin yayında heyətinə qatıb.
Bardji komandanın heyətində meydana çıxdığı 14 oyunda iki qol vurub və dörd məhsuldar ötürmə ilə yadda qalıb.
Runi Bardji ilə “Barselona” arasında bağlanmış əmək müqaviləsi 2029-cu ilin ortalarınadək qüvvədədir. “Transfermarkt” portalının ekspertləri futbolçunun transfer dəyərini 10 milyon avro qiymətləndirirlər.
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.